İmam Əli məscidi yandırıldı

İmam Əli məscidi yandırıldı
  01 May 2017    Oxunub:5503
Stokholmun şimalında yerləşən Yerfell şəhərciyində İsveçin ən böyük şiə məscidi olan İmam Əli məscidi yandırılıb. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Yanğın binadan kənarda başlayıb”, - deyə Stokholm polis idarəsinin rəsmisi Lars Bistrem yerli televiziyaya açıqlamasında bildirib.

Məsciddə, həmçinin 3 min kitab olub. Kitabların yanıb-yanmaması barədə məlumat verilmir.

“İlkin proqnozlara əsasən, binanın 50% faiz hissəsinə zərər dəyib. Hazırda məsələ ilə bağlı məlumatımız bu qədərdir”, - deyə məscidin rəsmisi Əki Zahiri söyləyib.

Onun sözlərinə görə məscidin binasının ümumi sahəsi təxminən 3500 kvadrat metrdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məscid   Yanğın  





Xəbər lenti