Britaniya Suriyanı vurmağa `yox` dedi

 Britaniya Suriyanı vurmağa `yox` dedi
  30 Avqust 2013    Oxunub:1458
Qərb dövlərlərinin Suriyaya hərbi müdaxilə planları hər keçən gün fərqli senarilərə səhnə olur.
Böyük Britaniyanın Nümayəndələr Palatasında məsələ ilə bağlı aparılan səsvermədən gözlənilən nəticə hasil olmayıb. "Suriyaya hərbi müdaxilə təklifi" 272 lehinə, 285 əlehinə olmaqla rədd edilib.

Səsvermədən sonra açıqlama verən baş nazir Devid Kemeron bildirib ki, nümayəndələr palatası Suriyaya hərbi müdaxilə edilməsini istəmir və mən də buna görə hərəkət edəcəm. Baş naziri çıxılmaz vəziyyətə salan bu səsvermədən sonra onun hansı addım atacağı maraqla gözlənilir.


Teqlər:  





Xəbər lenti