"KTMT-nın fəaliyyəti şəffaf deyil" - Xaçaturovla bağlı məqalə
Kucera xatırladır ki, Ermənistanın nümayəndəsinin KTMT baş katibi təyinatı məsələsi Qazaxstan və Belarusun “aqresiv səyləri” nəticəsində ləngiyirdi.
"Ermənistan nümayəndəsinin təyinatı təşkilatın siyasətini dəyişəcək, təşkilat Qarabağ münaqişəsinə cəlb ediləcəkmi" sualına Kuçera Ermənistanın müdafiə nazirinin bəyanatını xatırladıb və nazirin Xaçaturov Ermənistan vətəndaşı kimi yox, beynəlxalq səviyyəli rəsmi şəxs olaraq fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
“KTMT-nin fəaliyyəti şəffaf deyil, buna görə də baş katibin təsirinin nə dərəcədə böyük olması aydın deyil. Xüsusi vacib qərarlar bütün üzvlərin razılığı ilə əldə olunur. Lakin bu halda səbəb göstərilməlidir ki, nə üçün rus təhlükəsizlik xidmətinin zabiti 10 ildən artıq baş katib vəzifəsində olub”- deyə məqalədə qeyd olunub.
Qeyd edək ki, Xaçaturov 2 may 2017-ci ildən etibarən KTMT baş katibi vəzifəsini təhvil alıb.
Elşad Novruzov
AzVision.az
Teqlər: Ermənistan