Magistr olmaq istəyən jurnalistlərin nəzərinə

Magistr olmaq istəyən jurnalistlərin nəzərinə
  01 May 2017    Oxunub:2024
Dövlət İmtahan Mərkəzi jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib.

Həmin bakalavrlar aprelin 21-dən 30‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 46 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 42 nəfəri Azərbaycan bölməsinin. 4 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.

Həmin bakalavrlar 3 – 6 may tarixlərində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

Qeydiyyatdan keçmiş bakalavrlar 2 mayın 2-də "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3 – 6 may tarixlərində vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) qabiliyyət imtahanında iştirak etməlidirlər.

AzVision.az


Teqlər: DİM   jurnalistika  





Xəbər lenti