Müxalifət Londona getmək üçün viza gözləyir
F.Qəhrəmanlı AXCP-ni İngiltərədə özü təmsil edəcək: “Sentyabrın 4-də Londonda olacağıq və ayın 5-dən etibarən görüşlərimiz başlanacaq. İngiltərədə çox nüfuzlu qurumlarla, şəxslərlə ciddi görüşlər nəzərdə tutulub.
Milli Şura rəhbərliyi Böyük Britaniyanın Kral İnstitutunun dəvəti ilə səfər edəcək. Səfər çərçivəsində İngiltərə parlamentində, Xarici İşlər Nazirliyində, “BBC” TV-də, “Artikl 19” təşkilatında görüşlər keçiriləcək, seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparılacaq.(müsavat.com)