300-ə yaxın britaniyalı İŞİD-də yüksək vəzifə tutur
_1493659937.jpg)
Qəzetin yazdığına görə, bunları 23 yaşlı Britaniya vətəndaşı Stefan Aristid bildirib. O, deyib ki, sevdiyi qızla Suriyaya gedib ki, şəriət qanunları ilə yaşasın, ancaq İŞİD rəhbərliyi ilə mübahisədən sonra 2015-ci ilin aprelində Britaniyaya qayıdıb.
“Suriya və İraqda İŞİD-in tərkibindəki 300 britaniyalı sıravi döyüşçü kimi fəaliyyət göstərmir. Onlar KİV və təbliğata görə məsuliyyət daşıyır. Həmin adamlar Britaniya üçün təhlükədir.
İŞİD-çilər arasındakı həyat həbsxanaya oxşayır. Bəziləri qalmaq istəsə də, getmək istəyənlər də az deyil. Münaqişə gücləndiyindən qruplaşma arasında parçalanma da artır” - deyə İŞİD-in keçmiş üzvü bildirib.
AzVision.az
Teqlər: İŞİD