Ermənistanda insan hüquqları tapdalanır

Ermənistanda insan hüquqları tapdalanır
  02 May 2017    Oxunub:1714
Ermənistan ombudsmanı (İHM) Arman Tatoyanın “İyul hadisələri”nə dair açıqladığı hesabat bundan öncə Karen Andreasyanın məruzələrinin aqibətini yaşadı.
Ermənistanda tənqidə və qanunsuzluqlara dair adları hallanan idarələr biri digərinin ardınca İHM-nin məruzəsinə durmadan münasibət bildirir. Ombudsmanın məruzəsinin əsassız, yalan dəlillər və fərziyyələrə əsaslandığını iddia edirlər. Nəticədə, İHM məruzəsinə Sarkisyanın sifarişilə Ermənistan polisi və Ermənistan baş prokurorluğu da münasibət bildirir.

Məruzənin ayrı-ayrı məqamlarına toxunan Ermənistan Baş prokuroluğu sonda “hüquqi işlərə dair ictimai məruzələrdə qiymətləndirmə rəyi bildirərkən yalnız yoxlanılmış və obyektiv faktlara əsaslanmağı, bu yolla da hüquq mühafizə orqanlarının işlərinə dair cəmiyyətdə qeyri-dəqiq fikir formalaşdırmaqdan çəkinməyi tövsiyyə edib”.

Təsadüfi deyil ki, Ermənistan İHM məruzələri əsasən güc strukturları tərəfindən tənqidə məruz qalıb.

Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, bu qurumların insan hüquqlarının qorunması baxımından məsuliyyət daşıdıqlarına dair anlayışları yoxdur və bu hüquqları pozduqları təqdirdə məsuliyyət daşımırlar. Bu baxımdan istənilən məqamla bağlı onlara qarşı başqa münasibəti və tənqidi təbii ki, sərt qəbul edirlər.

İndiyə kimi, hesab edirlər ki, İHM Ermənistanın dövlət büdcəsindən maliyyələşdiyinə görə onları tənqid etməməlidir. Başa düşmürlər ki, dövlət büdcəsindən hər hansı bir institutu maliyyələşdirilməklə onların idarələrin fəaliyyətinə dair tənqidi yanaşması da ola bilər.

Hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, İHM-in dəyərləndirilmələri gərək siyasi məqsədlərə görə dəyişikliklərə məruz qalmasın. “Bir halda geri çəkilib, digər halda tənqid edərsən, bu hal sənə ciddi yanaşmamağa əsas verər. Belə halda sən nə üçün sən ziddiyyətli mövqe ortaya qoyursan, deyə sual yaranır. Ermənistanda dövlət orqanları tərəfindən insan hüquqlarına dair mövcud münasibətləri ciddi deyil”.

İHM məruzəsinin dövlət qurumları tərəfindən tənqid olunmasına münasibət bildirən vəkil Norayr Norikyan isə vurğulayıb ki, insan hüquqları anlayışına Ermənistan konstitusiyasında və qanunlarında göstərildiyi qədər əhəmiyyət verilmir.

“İHM məruzəsinə ciddi yanaşılmır, çünki hələ İHM institutu açıqladığı məruzələrə ciddi münasibət bildirilməsi, onun məruzələrindən nəticələr çıxarılması üçün ciddi təsir bağışlayacaq səviyyəyə çatmayıb. Bununla belə, Ermənistanda insan hüquqlarının müdafiə səviyyəsi qeyri-kafi vəziyyətdədir. Ermənistanda insan hüquqlarının müdafiəsində ciddi problemlər var”.

Erməni hüquq müdafiəçilərinin fikrincə, Ermənistanda İHM institutu formalaşmayıb. Buna səbəb dövlət idaretmə sistemindən maliyyələşən institutun müstəqil fəaliyyət göstərməsinin mümkünsüzlüyüdür. Həmçinin bu instituta namizədlər hakimiyyət təmsilçilərindən seçildiyinə görə sərbəst fəaliyyət göstərə bilmirlər.

Elşad Novruzov
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti