MDB ölkələri forumunda Ermənistana xəbərdarlıq edilib
Tədbirdə Ermənistan nümayəndə heyəti tərəfindən təxribata cəhd göstərilib. Belə ki, Ermənistan nümayəndə heyəti işğal olunmuş Dağlıq Qarabağdan olan gənclər təşkilatlarını "Dağlıq Qarabağ Respublikası” adından təqdim edib. Azərbaycan nümayəndə heyəti buna etirazını bildirib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması xatırladılıb və bu təmsilçiliyin forumdan dərhal yığışdırılması tələb edilib. Separatçı rejimin təqdimatı Forumdan yığışdırılıb və ermənilərə xəbərdarlıq edilib.
Forum çərçivəsində Azərbaycanın mədəniyyət gecəsi də keçirilib. Sonda Azərbaycan nümayəndə heyətinə Forumda fəal iştirakına görə təşəkkür elan edilib. Səfər çərçivəsində N. Həmzəyev Azərbaycan səfirliyində olub. Heydər Əliyevin səfirliyin ərazisindəki büstü önünə gül dəstələri qoyulub. N. Həmzəyev səfir Abbasəli Həsənovla görüşüb. Görüş zamanı Düşənbədə Nizami Gəncəvinin abidəsinin qoyulması, görkəmli mütəfəkkirin adına Mərkəzin yaradılması təklifi də irəli sürülüb.
AzVision.az
Teqlər: MDB Azərbaycan Ermənistan