Azərbaycan-Rusiya sərhədində hərəkət dayandırılır

Azərbaycan-Rusiya sərhədində hərəkət dayandırılır
  02 May 2017    Oxunub:1226
Azərbaycan-Rusiya sərhədində yerləşən "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar iriqabaritli yük maşınları üçün sərhəddə hərəkət məhdudlaşdırılacaq.
AzVision.az “RİA Dağıstan” agentliyinə istinadən xəbər verir ki, hərəkətin dayandırılmasına səbəb yük maşınlarının hərəkəti üçün alternativ marşrutun olmamasıdır.

Qeyd edək ki, "Yaraq-Qazmalar" keçidi yük maşınları üçün yeganə buraxılış məntəqəsidir. Ehtiyat variantı kimi yük maşınlarının "Tahirkənd-Qazmalar" nəzarət buraxılış məntəqəsindən hərəkət etməsi təklif olunur. Lakin buradan "Qafqaz" federal trasına qədər yol yoxdur.

Yeni körpünün inşasına yaxın zamanlarda başlanılacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Sərhəd  





Xəbər lenti