"Maaş işçilərin cinsinə görə dəyişir"

"Maaş işçilərin cinsinə görə dəyişir"
  02 May 2017    Oxunub:1528
Bu gün Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində "Gender problemləri və media" mövzusunda seminar keçirilir.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva gender bərabərliyi olmadan cəmiyyətin inkişafının mümkün olmadığını qeyd edib.

"Gender bərabərliyinin təmin olunması dövlətin prioritet istiqamətlərindəndir. Bu məsələləri öyrəndikcə hər dəfə yeni ehtiyaclar yaranır. Gender bərabərliyindən danışdıqda medianın rolunu xüsusi vurğulamaq lazımdır".

"Vraclow" Universitetinin siyasi elmlər doktoru Marzena Kardaczuk bildirib ki, ayrı-seçkiliklər streotiplər əsasında aparılır.

"Ömür boyu kişi və qadın arasında olan münasibətlər onların həyat tərzinə təsir göstərir. Qadın və qızlar arasında düşüncülər fərqlidir. Eyni zamanda oğlan və qızların geyimlərinin, rənglərinin fərqləndirilməsi, onların oynadığı rollar gələcək sosial rollarını müəyyənləşdirir. Qızların cəmiyyətdə passiv rola malik olduğunu ənənəvi yollarla görürük. Eyni anoloji vəziyyətdə kişi və qadının üzərinə qoyulan münasibətlər fərqlidir. Hər hansı peşə üzrə qadınların getməsinə maneələr olur. Hansı cinsə aid olmasına görə maaşlar fərqli olur, kişi və qadının maaşı kişinin maaşının 80 faizinə bərabərdir. Kişinin qadının üzərində hökmü olması fikri cəmiyyətdə məişət, iqtisadi, fiziki zorakılıqların yaranmasına gətirib çıxarır".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti