Azərbaycan epidemiyaya qarşı mübarizəyə başladı

Azərbaycan epidemiyaya qarşı mübarizəyə başladı
  30 Avqust 2013    Oxunub:925
Dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının xəstəliklərinə qarşı profilaktiki tədbirləri gücləndirmək məqsədilə avqustun 29-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı imzalanıb.

Nazirlər Kabinetinin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti