Ərdoğan 979 gündən sonra AKP-yə üzv oldu - (YENİLƏNİB)

Ərdoğan 979 gündən sonra AKP-yə üzv oldu - (YENİLƏNİB)
  02 May 2017    Oxunub:3200
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra banisi və lideri olduğu Ədalət və İnkişaf Partiyasına (AKP) yenidən üzv olub.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan üzvlük bəyannaməsini imzalamaqla AK Partiyaya üzv olub.

Qeyd edək ki, Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub, prezident seçildikdən sonra isə qanunun tələbi ilə AKP-dən çıxıb. Konstitusiyaya edilən dəyişikliklərə əsasən, artıq Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər.

***

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısı keçiriləcək.

AzVision.az xəbər verir ki, toplantında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-yə üzv seçiləcək.

AKP-nin fövqəladə qurultayı isə mayın 21-də keçiriləcək. Qurultayda Ərdoğanın partiya sədri olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 16-da keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkə prezidentinin partiya üzvü və rəhbəri olmasına maneə qalmayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   AKP   Ərdoğan  





Xəbər lenti