Sarkisyan Xaçaturovu vəzifəsindən azad etdi

Sarkisyan Xaçaturovu vəzifəsindən azad etdi
  02 May 2017    Oxunub:1504
Yuri Xaçaturov Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.
Məlumatı Ermənistan Prezident Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən təsdiqləyiblər.

Hələlik Xaçaturovun yerinə kimin təyin olunacağı məlum deyil.

Qeyd edək ki, Xaçaturov 2017-ci ilin may ayının 2-dən etibarən KTMT baş katibi vəzifəsini icra edir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Xaçaturov  





Xəbər lenti