"Türkiyəyə qarşı yanlış addım atılıb" - Oqtay Əsədov
Spiker bildirib ki, Türkiyəni post monitorinqdən monitorinqə keçirdilər. Onun sözlərinə görə, Türkiyə AŞPA-nın əsasını qoyan ölkələrdən biridir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı Türkyəyə qarşı ikili standartları tənqid edib:
"Orada ikili standartlardan çıxış edilib. Yaz sessiyasında bu pik həddə çatdı. Türkiyə ilə bağlı məruzə hazırlanmışdı. 13 il əvvəl monitorinqdən post-monitorinqə keçirilmişdi. Yaz sessiyasında yenidən monitorinqə qaytarıldı. Türkiyə siyasətçiləri bildirmişdi ki, fikir mübadiləsi aparmağa hazırdılar. Bu addımla Türkiyəni Avropadan ayırmağa çalışırlar”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis