Sarkisyan azı 90 deputatı satın alıb

Sarkisyan azı 90 deputatı satın alıb
  02 May 2017    Oxunub:1398
Ermənistan parlamentində azı 90 deputat birbaşa Sarkisyana işləyəcək. AzVision.az-ın "Joğovurd" qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistanda formalaşdırılacaq yeni parlamentdə deputatların əksəriyyəti - təxminən 85-90 deputat Sarkisyanın şəxsən tabeçiliyində olacaq.
Yalnız Respublika partiyasından deyil, digər fraksiyalardan olan deputatlar lazımi anda Sarkisyanın təlimatlarına uyğun hərəkət edəcək.

Qəzetin yaydığı xəbərə əsasən, məhz bu səbəbdən seçkilərdən bir ay keçməsinə baxmayaraq, kimlərin yeni parlamentdə olacağı haqqında tam açıqlama verilməyib. Belə ki, bütün adlar bir-bir Sarkisyan tərəfindən yoxlanılır.

Sarkisyanın bu addımı təsadüfi deyil. Nəticədə, 2018-ci ilin aprelində prezident səlahiyyətləri əvəzinə Sarkisyan nəinki siyasətdən uzaqlaşmağı düşünür, o, baş nazir, Respublika partiyası rəhbərliyini də öz nəzarəti altına almaqla demək olar ki, bütün hakimiyyəti ələ keçirməyə çalışır.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti