Xələf Xələfov Qırğızıstanda həlak olanları yad etdi

Xələf Xələfov Qırğızıstanda həlak olanları yad etdi
  02 May 2017    Oxunub:1336
Xarici işlər nazirinin müavini Xələf Xələfov Qırğızıstanın Oş vilayətində torpaq sürüşməsi ilə əlaqədar çox sayda insanın həlak olması ilə nəticələnən faciə ilə bağlı Qırğızıstanın Bakıdakı Səfirliyini ziyarət edib.
Bu barədə XİN-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Xələf Xələfov Azərbaycan Respublikası Hökuməti adından Qırğız Respublikası Hökuməti və xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlar və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib. Həmçinin, Səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan Respublikası Hökuməti adından başsağlığını yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Xələf-Xələfov   XİN  





Xəbər lenti