Putini kim əvəz edə bilər?

Putini kim əvəz edə bilər?
  03 May 2017    Oxunub:5175
Rusiyanın ictimai araşdırma mərkəzi "Levada Center" insanlar arasında prezident Vladimir Putinlə bağlı maraqlı sorğu keçirib.
AzVision.az xəbər veri rki, sorğunun nəticələrinə əsasən, Rusiyada gələn həftə prezident seçkiləri keçirilərsə, respondentlərin 48 faizi yenidən Putinə səs verəcək.

Rusiya vətəndaşlarının əksəriyyəti Putinə alternativ görmür. Cəmi 3 faiz Kommunist partiyasının lideri Gennadi Zuqanov və Vladimir Jirinovskinin prezident ola biləcəyini inanır.

Sorğu iştirakçılarının 64 faizi Putinin 2018-ci ildən sonra da ölkə rəhbəri olmasını istəyir.

R.İsmayılov
AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti