Makronun reytinqi azalıb - Fransada seçki marafonu

Makronun reytinqi azalıb - Fransada seçki marafonu
  03 May 2017    Oxunub:1745
Fransa prezidenti postuna namizəd “İrəli” hərəkatının lideri, mərkəzçi Emmanuel Makronun qələbə şansı səsvermənin birinci turunun ertəsi gün aparılan sorğunun nəticələri ilə müqayisədə 5 bənd azalıb.
Bu nəticə Elabe kompaniyasının BFMTV telekanalı üçün keçirdiyi rəy sorğusunda əldə olunub.

Sorğuya görə, ikinci turda Makron rəqibi Marin Le Pen üzərində 41 faiz səsə qarşı 59 faiz səslə qələbə qazanacaq. Bundan əvvəlki sorğuda isə Makron 64 faiz səslə liderlik edirdi. Qeyd olunur ki, “İrəli” hərəkatının lideri ilk turda digər namizədlərə səs vermiş seçicilərin bir qisminin dəstəyini itirib.

Xatırladaq ki, Fransada 11 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu aprelin 23-də keçirilib. Emmanuel Makron 24,01 faiz, Marin Le Pen isə 21,30 faiz səs toplayaraq ikinci tura adlayıb.

Fransada prezident seçkilərinin ikinci turu beş gündən sonra, mayın 7-də keçiriləcək. (AzərTAc)

AzVision.az


Teqlər: Fransa   Makron  





Xəbər lenti