Trampla Putin telefonda nəyi müzakirə etdilər?

Trampla Putin telefonda nəyi müzakirə etdilər?
  03 May 2017    Oxunub:1441
ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Putin təmkinlik nümayiş etdirməyə və gərginliyin səviyyəsini azaltmağa çağırıb.

Bundan əlavə liderlər telefon əlaqəsini davam etdirməyə və Hamburqda “G-20” sammitində görüşün keçirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki bu, Putin və Tramp arasında sayca üçüncü telefon danışığıdır.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Putin   Tramp  





Xəbər lenti