Kəmaləddin Heydərov nümayəndə heyətini qəbul edib

Kəmaləddin Heydərov nümayəndə heyətini qəbul edib
  30 Avqust 2013    Oxunub:1363
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla, Sloveniyanın müdafiə naziri Roman Yakiç və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikinlə görüşüb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazir qonaqlara respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qonaqlar da öz növbələrində ölkələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, bu kimi görüşlərin hər iki ölkənin gələcək əlaqələrin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiklərini bildiriblər.

Görüşdə mütəmadi fikir və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş müzakirələr aparılıb.



Teqlər:





Xəbər lenti