Putinlə Ərdoğanın görüşü 3 saatdan çox çəkib - VİDEO
Rusiya liderinin Soçidəki “Boçarov ruçey” iqamətgahında prezidentlər əvvəlcə təkbətək görüş keçiriblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb.
“Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq”-deyə Putin vurğulayıb.
AzVision.az
Teqlər: Rusiya Türkiyə Ərdoğan Putin