Müəllimlərin maaşı artdı - SƏRƏNCAM
AzVision.az xəbər verir ki, sərəncamda deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.