"İş yox, pul yox, acından ölürük" - Ermənistanın bu günü
Qaloyab “Past” qəzetinə müsahibəsində bildirib ki, bir çox kənd icra nümayəndələri biznes proqramları, kənd və kəndlilərin bu layihədə iştirakı barədə baş nazirin göstərişinin nədən ibarət olduğunu bilmirlər.
Ümumi qiymətləndirdikdə, vəziyyət o qədər də yaxşı deyil. Kəndlərə gedən yollar biabırçı vəziyyətdədir, kəndlərdə iş, pul yoxdur. Bu səbəbdən kişilər başqa ölkələrə gedirlər.
Darpas, Quqark, Marqahovit, Şahumyan rayonlarında kəndlilər texnika və pul olmadığına görə əkin sahələrini geri qaytarırlar.
Gənclərin böyük hissəsi Rusiyada məskunlaşıb. Təkcə, Marqahovit sakinlərinin 80%-i miqrantdır. Darpas kəndində isə əhali aşağı əməkhaqqı almaqdansa, işləməməyə üstünlük verir.
Alper Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan