İbrahimbəyovun şikayəti təmin edilmədi
Bu barədə AzVision.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev deyib.
Onun sözlərinə görə, bu gün saat 17 :00-da Rüstəm İbrahimovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib :`Məhkəmədə qərar çıxarılıb. Rüstəm İbrahimbəyovun şikayəti təmin edilməyib`.
Qeyd edək ki, MSK R. İbrahimbəyovun prezidentliyə namizədliyini qeydə almayıb. Buna səbəb onun Rusiya vətəndaşı olmasıdır. Qərardan narazı qalan R. İbrahimbəyov MSK-ya qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Şahanə Rəhimli
Teqlər: