Trampın ilk səfər edəcəyi ölkə bəlli oldu

Trampın ilk səfər edəcəyi ölkə bəlli oldu
  05 May 2017    Oxunub:1759
ABŞ prezidenti Donald Trampın ölkə başçısı qismində ilk xarici səfər edəcəyi ölkələr məlum olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın ilk səfəri may ayının sonunda İsrail, Səudiyyə Ərəbistanı və Vatikana olacaq.

Bundan əlavə Tramp mayın 25-i Brüsseldə NATO sammiti və Taorminada (İtaliya) G7 sammitinə də qatılacaq.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Səfər  





Xəbər lenti