Permyakov cəzasını Rusiyada çəkəcək - İrəvana rədd cavabı

Permyakov cəzasını Rusiyada çəkəcək - İrəvana rədd cavabı
  05 May 2017    Oxunub:5649
Ermənistanda Avetisyanlar ailəsinin 7 üzvünü öldürən rus hərbçi Valeri Permyakov cəzasını Rusiyada çəkəcək. AzVision.az xəbər verir ki, bu barədə "Ria Novosti"-yə Şimali Qafqaz rayon Hərbi Məhkəməsinin nümyəndəsi məlumat verib.
"Əlbəttə, o, cəzasını Rusiyada çəkəcək"-deyə agentliyə bildirilib.

Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılsa da 19 yanvarda dünyasını dəyişib.

12 avqust 2015-ci ildə Rusiya hərbi məhkəməsi Permyakovu 10 il azadlıqdan məhrum etmə haqqında qərar çıxarıb. Buna qarşılıq olaraq, avqustun 23-də Ermənistanın Şirak vilayətinin məhkəməsi ona ömürlük həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxarıb.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya   Permyakov  





Xəbər lenti