Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı

Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı
  05 May 2017    Oxunub:8333
Bu gün Avropa İnsan Haqları Məhkəməsi "ÇAP MMC Ermənistana qarşı" işi ilə bağlı yekun qərar verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ÇAP LTD şirkəti insan hüquqları və fundamental azadlıqların pozulmasına görə Ermənistan hökumətindən Avropa Məhkəməsinə şikayət edib.

ÇAP MMC özəl şirkət olaraq 1999-cu ildə Gümrüdə yaradılıb və 2005-ci ildə "QALA" regional televiziyasını təsis edib. Məhkəmə işi Ermənistan Dövlət Gəlirlər Komitəsi tərəfindən telekanala qarşı həyata keçirilən yoxlamalar və müəyyən edilən 25.665.100 dram vergi öhdəliyi ilə bağlıdır.

Avropa Məhkəməsi ədalətli məhkəmənin və sübutların araşdırılma hüququnun pozulması ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3-cü bəndlərini nəzərə alaraq hökm çıxarıb.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanı mənəvi ziyana görə 2400 avro, xərclərin kompensasiyası kimi 1500 avro, ümumilikdə isə 3900 avro cərimləyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Avropa-Məhkəməsi  





Xəbər lenti