Məktəbə raket zərbəsi endirildi - 81 ölü

Məktəbə raket zərbəsi endirildi - 81 ölü
  05 May 2017    Oxunub:1303
İraqın Mosul şəhərində mülki şəxslərin hərbi əməliyyatların getdiyi qərb rayonundan qaçaraq sığındıqları məktəb binasına raket zərbələrinin endirilməsi nəticəsində 81 nəfər həlak olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yerli polis idarəsindən alınan məlumatda İŞİD terror təşkilatının nəzarətindəki ərazidə yerləşən Əl-Vəla məktəbini hədəf alan raket hücumları nəticəsində ölənlərdən 34-nün kişi, 29-nun qadın, 18-nin isə uşaq olduğu bildirilir.

Lakin məktəbə raket zərbələrinin hansı qüvvələr tərəfindən endirildiyi açıqlanmayıb.

AzVision.az


Teqlər: İraq   Mosul  





Xəbər lenti