Ermənistanın Müdafiə Nazirliyindən 3 milyon pul oğurlanıb

Ermənistanın Müdafiə Nazirliyindən 3 milyon pul oğurlanıb
  05 May 2017    Oxunub:1391
Ermənistanın Müdafiə Nazirliyində maliyyə fırıldağı aşkar edilib. Nazirliyi məhsullarla təmin edən şirkətlərin mütəxəssisləri hərbi hissələrin yüksək vəzifəli rəsmiləri ilə gizli danışıqlara gedib, külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.
“Joğovurd” qəzetinin məlumatına görə, işğal altında olan Qarabağda yerləşən “N” saylı hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini Vigen Petrosyan, Qarabağda düşmən hərbi hissələrdən birinin qida xidməti rəisi Eduard Aleksanyan, o cümlədən "Avanqard" şirkətinin baş mütəxəssisi Karen Qriqoryanın maxinasiya ilə əlaqədar Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanıldığı bildirilir.

Araşdırmalar nəticəsində məlum olub ki, "Avanqard" şirkəti işğal edilmiş bölgədə qeyd edilən hərbi hissələrə məhsul təchizatı ilə məşğul olub.

Vigen Petrosyan, Eduard Aleksanyan və şirkət mütəxəssisi Karen Qriqoryan hərbi hissəyə ötürülən malların mənimsənilməsi ilə bağlı gizli razılığa gəliblər. Üç tərəfin əldə etdiyi razılığa əsasən Eduard Aleksanyan sənədləri saxtalaşdırmaqla yanaşı, çatdırılan məhsulların üzərinə saxta imzalar qoyaraq təxminən 3 milyon dram mənimsəyib.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  





Xəbər lenti