Azərbaycan prezidenti qırğızıstanlı həmkarını təbrik edib
Hörmətli Almazbek Şarşenoviç, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Qırğızıstan xalqını milli bayram – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, dərin tarixi köklərə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Qırğızıstan xalqına firavanlıq və tərəqqi diləyirəm.







Vaxtında, Aydın, Lazımlı!


