Ermənistanda bir qrup polisə cinayət işi açılıb

Ermənistanda bir qrup polisə cinayət işi açılıb
  05 May 2017    Oxunub:1254
Ermənistanın Alaverdi şəhər sakini H.Albert və Ədliyyə Nazirliyinin Vanadzor Penitensiar şöbəsində saxlanılan K.Qriqor adlı məhbusun ifadələrinə əsasən vəzifə səlahiyyətlərindən istifadə etmə və zorakılıq hallarına görə bir qrup polisə qarşı cinayət işi açılıb.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdyi xəbərə görə, H.Albert bildirib ki, 2016-cı ilin oktyabr-noyabr aylarında Polis idarəsinin Stepanavan bölməsinin əməkdaşları heç bir səbəb olmadan onu şöbəyə gətirib, xəsarət yetiriblər.

Polislər onu döyərək dostu K.Qarikin quldurluq etməsi haqda ifadə verməyi tələb ediblər.

Qarikin sözlərinə görə, dindirilmə zamanı polislərdən biri onu tapançası ilə ölümlə təhdid edib, törətmədiyi cinayəti boynuna almasını istəyib. Daha sonra onu vəhşicəsinə döyüblər.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti