Deputat parlamentin divarını dağıdır

Deputat parlamentin divarını dağıdır
  05 May 2017    Oxunub:1282
Erməni deputat parlamentdəki otağının divarlarını dağıdaraq öz ofisini genişləndirir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, parlamentdə artıq otaqların bölüşdürülməsinə başlanıb. Aprelin 2-də məğlub olan deputatların yerləri yeni mandat sahiblərinə verilir.

Onların hər biri daha yaxşı və rahat otaqlara sahib olmaq üçün bir-birləri ilə mübarizə aparırlar. Maraqlıdır ki, Ararat vilayət rəisi Aramayis Qriqoryanın qardaşı Arayik Qriqoryan daha fəqli addım atıb. O, öz ofisini təmir etməklə yanaşı qonşu otağın divarını dağıdıb. Belə hadisə Ermənistan parlamentində ilk dəfədir ki, müşahidə edilir.

Xatırladaq ki, qonşu otaq seçkilərdə parlamentə düşə bilməyən respublikaçı Sukias Avedisyana məxsus olub.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Parlament  





Xəbər lenti