Tramp Əfqanıstana 3 minlik ordu göndərir

Tramp Əfqanıstana 3 minlik ordu göndərir
  05 May 2017    Oxunub:2155
ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstana əlavə qoşun göndərmək niyyətindədir.
"Interfax"-ın məlumatına görə, Pentaqonun gələn həftə ABŞ prezidenti Donald Trampa təqdim etmək istədiyi plan Əfqanıstanda yaranan vəziyyətdən “çıxış yoluna” yönəlib. Bəzi ABŞ KİV-ləri söhbətin Əfqanıstana əlavə olaraq 3 min hərbçinin göndərilməsindən getdiyini yazırlar.

Ağ evin bu planı təsdiq edəcəyi təqdirdə Əfqanıstana göndəriləcək dəstək qüvvələri yerli hərbçilər və polis qüvvələrinin təlimi və “Taliban” hərəkatına qarşı mübarizədə NATO-nun başçılıq etdiyi missiyada iştirak edəcək.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının fəallaşması da müşahidə olunur.

AzVision.az


Teqlər: ABŞ   Əfqanıstan   Pentaqon  





Xəbər lenti