AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istnadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 306 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 4 otağı və dam örtüyü 226 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi əl və üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.