Telman İsmayılovun ailəsi Monika ilə bağlı iddialara münasibət bildirib

Telman İsmayılovun ailəsi Monika ilə bağlı iddialara münasibət bildirib
  31 Avqust 2013    Oxunub:5401
İş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılov atası ilə Hollivud aktrisası Monika Belluçi arasındakı münasibətlərlə bağlı iddialara aydınlıq gətirib.
AzVision.az “Komsomolskaya pravda” (kp.ru) saytına istinadən xəbər verir ki, Sərxan İsmayılov həmin iddiaların yalan olduğunu deyib: “Biz necə reaksiya verdik? Biz artıq belə şayiələrə fikir vermirik. Atam da çox sakit reaksiya verdi. Sadəcə güldük, vəssəlam”.

Qeyd edək ki, mətbuatda 17 illik evlilik həyatından sonra həyat yoldaşı Vensan Kassellə boşanan aktrisanın evliliyini bitirməsinə səbəb kimi onun azərbaycanlı iş adamı Telman İsmayılovla olan əlaqələri göstərilmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti