Sarkisyan ədliyyə nazirini dəyişir

Sarkisyan ədliyyə nazirini dəyişir
  06 May 2017    Oxunub:1346
Yaxın günlərdə həyata keçirəcəyi təyinatları gizli saxlayan Ermənistan prezidenti Serj Sarkisyan artıq "kartları" açmağa başlayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənstanın ədliyyə naziri Arpine Hovhannisyan parlamentə yüksək vəzifəyə gətiriləcək. Bu təyinatdan sonra onun nazir postuna kimin təyin olunacağı haqda yüksək dairələrdə müzakirələr gedir.

Potensial namizədlər arasında Hrayr Tovmasyan, Qevorq Kostanyan, Hovannes Sahakyan və Tiqran Mukuçyanın adları çəkilir.

"Hraparaq"ın yaydığı məlumata görə, Sarkisyanın üzərində dayandığı namizəd Ermənistan prezidentinin hüquq məsələləri üzrə köməkçisi Hrayr Qukasyandır. Ehtimal olunur ki, ölkənin ədliyyə naziri Qukasyan təyin olunacaq.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti