200 şagird qazdan zəhərlənib
Dehlinin Baş nazirin müavini Maniya Sisodiya bildirib ki, hadisə yerli vaxtla səhər saat 07:30-da məktəb yaxınlığında yerləşən konteyner deposunda baş verib. Onun sözlərinə görə, nəticədə bir neçə şagirdin ürəyi gedib, onlarda dəri qıcıqlanması və başgicəllənmə müşahidə olunub: “İndi onların həyatlarına heç bir təhlükə yoxdur. Uşaqlar özünü normal hiss edir”.
Qeyd olunub ki, qaz sızmasında həmçinin 9 müəllim də zəhərlənib. Dehlinin polis nümayəndəsi Romil Baniya bildirib ki, baş verən hadisə ilə bağlı hüquqi tədbirlər görüləcək.
Yerli KİV-in məlumatına görə, sızma Çindən idxal edilmiş qaz balonlarından baş verib. Sızan qazın hansı qaz olması barədə hələ məlumat verilməyib. Qaz sızmasının səbəbləri məlum deyil, araşdırma aparılır.
AzVision.az
Teqlər: Hindistan