“Çaves 60 gündür ölüb”

“Çaves  60 gündür ölüb”
  28 Fevral 2013    Oxunub:1353
Venesuela prezidenti Uqo Çavesin ölümü ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Bu dəfə “ölüm xəbərini” panamalı diplomat, sabiq səfir Gilyermo Koçez verib. Çili mətbuatına açıqlama verən Koçez, Çavesin dekabrın 30-da vəfat etdiyini deyib.

Koçesin Venesuela rəhbərliyinə yaxın insanlardan aldığı məlumata görə, uzun müddət süni həyat aparatına bağlı yaşayan Çaves, daha sonra qızlarının qərarı ilə bu aparatdan ayrılıb.

“Venesuela hökumətinə meydan oxuyuram. Çavesi göstərsinlər və dediklərimin yalan olduğunu sübut etsinlər”,-deyə panamalı diplomat bildirib.

Ancaq ötən həftə Çavesin qızları ilə birlikdə 14 fevral tarixli qəzet oxuyarkən çəkilmiş fotolarının yayımlanması Koçezin iddialarını şübhə altına alıb.



Teqlər:  





Xəbər lenti