AXCP üzvü Eldar Namazova yalançı dedi

AXCP üzvü Eldar Namazova yalançı dedi
  31 Avqust 2013    Oxunub:894
Tanınmış jurnalist, AXCP üzvü Xaliq Bahadır EL Hərəkatının sədri Eldar Namazova yalançı deyib.

X.Bahadır bu fikirləri EL-in üzvü, politoloq Zəfər Quliyevin Əflan İbrahimovun təşkilatdan qovulması ilə bağlı yazdığı statusa şərh yazarkən bildirib.

“EL Hərəkatında liderlərdən biri olan superünlü, politoloq Zəfər Quliyevin dediyinə görə, bu gün “hərəkatın” “təcili” yığıncağı keçirilib və Əflan İbrahimov "hərəkatdan" "xaric edilib". "Hərəkatın" başında duran Eldar Namazov vur-tut bircə həftə qabaq xalqa yalan sataraq "El"də bu adda adamın olmadığını demişdi. İndi "EL"dən bir yalançı gedib, biri qalır. Tapın görək o kimdir?”

Qeyd edək ki, bu gün Əflan İbrahimov öz EL-nin toplantısını keçirib və Eldar Namazovu təşkilatdan qovub. E.Namazovda öz EL-nin toplantısını keçirib və o da Əflan İbrahimovu təşkilatdan qovub.

AzVision.az


Teqlər:  





Xəbər lenti