Atəşkəs pozulub

Atəşkəs pozulub
  31 Avqust 2013    Oxunub:995
Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Nəmirli, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az




Teqlər:





Xəbər lenti