Ermənistanda 3 hərbçi həbs edilib
Digər əsgər Qevorq Arşakyan da oğurluqda ittiham edilir. Belə ki, o, Ermənistanda yerləşən hərbi hissələrdən birinin tabeçiliyində olan "ZİL 131" markalı avtomobilin yanacağını oğurlayıb. Erməni əsgər oğurladığı yanacağı hərbçi yoldaşı Mher Şahnazaryana satıb və bir neçə gün sonra sonuncu bunun qarşılığında ona 6000 dram verib.
Əsgərlərlə birgə həbs edilən müqaviləli hərbi qulluqçu Mher Şahnazaryan Qevorq Arşakyan tərəfindən oğurlanan benzini Tavuş vilayətinin Artsvaberd kəndində satdığını etiraf edib.
Göstərilən məlumatlar və açılan cinayətlər artıq Ermənistan ordusunda sıradan bir hala çevrilib. Günahlandırılan erməni hərbi qulluqçuları oğurluqların hərbi hissə rəhbərliyi tərəfindən sifariş edildiyi və bu prosesin onlardan öncə də davamlı şəkildə aparıldığı barədə ifadə veriblər.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan Əsgər Həbs