AXCP Mirəlioğlunun cavabını verdi

AXCP Mirəlioğlunun cavabını verdi
  31 Avqust 2013    Oxunub:965
Mirmahmud bəy gec-tez bizi başa düşəcək
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov KXCP sədri Mirmahmud Mirəlioğlunun onlara verilən 1000 imzanı toplamaqdan imtina etməsinə münasibət bildirib : “İmza vərəqələri verilməmişdən əvvəl bizə müraciət edib deyərdilər ki, biz imza toplayacağıq. Ona görə də vaxtımız çox məhdud qalıb. Mən potensialımızı hardasa daxili düşmənlərə yönəltmək istəmirəm. Mirmahmud bəy götürməyibsə, bu artıq partiyanın şəxsi işidir. Qalan imza vərəqələri də digər imza qrupları arasında paylanılıb. Dünən Bakı şəhərində artıq 5000-dən çox imza toplanılıb. Heç bir problemimiz yoxdur. Ona görə də Mirmahmud Mirəlioğlunun belə açıqlamalarına fikir bildirməkdən imtina edirəm. Mənə elə gəlir ki, Mirmahmud bəy də gec-tez bizi başa düşəcək. Burda heç bir problem olmayacaq”.

Onun sözlərinə görə, imza vərəqələri paylanmayan digər partiyalardan hər hansı narazılıq bildirilməyib: “Bölgü aparılan zaman müzakirələrdə Müsavat başqanı, AXCP sədri, Seçki Qərargahının rəhbərləri və hər iki partiyanın ayrı-ayrı funksionerləri iştirak edib. Yenə də deyirəm ki, imzatoplamaq çox məsuliyyətli məsələdir. AXCP və Müsavat partiyalarının yerlərdə strukturları var. Biz vaxtında onları Bakıya dəvət etmişik. İmza qrupları ilə treninqlər keçirmişik. Onları kifayət qədər təlimatlandırmışıq. Bizim imzalarımız Prezident Aparatının siyasi sifarişi ilə yoxlanılacaq. Ona görə də bu məsələyə ciddi yanaşırıq”. (qafqazinfo)


Teqlər:  





Xəbər lenti