Bu kəndlər ləğv olunur

Bu kəndlər ləğv olunur
  28 Fevral 2013    Oxunub:1679
Masallı rayonunun tərkibində olan bir neçə kənd ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir.
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edib.

"Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, Masallı rayonunun tərkibində olan Dadva, Digah, İskəndərli və Seybəyin kəndləri, eyni zamanda, Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, bu kəndlər dövlət reyestrindən çıxarılır. Bundan əlavə, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılır. Bununla da Masallı şəhərinin ərazisi 300 hektardan 2500 hektara qədər genişlənmiş olur. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.


Teqlər:





Xəbər lenti