Növbədənkənar prezident seçkiləri keçirilir

Növbədənkənar prezident seçkiləri keçirilir
  09 May 2017    Oxunub:1212
Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, növbədənkənar seçkiyə səbəb korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılmasıdır.

Ölkənin ali postu uğrunda 13 namizəd mübarizə aparır. Rəy sorğularının nəticələrinə əsasən, demokratık “Taburo” partiyasını təmsil edən Mun Çje İn seçkilərin favoriti sayılır.

Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə ümumilikdə 14 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərdə 42,5 milyonadək seçici qeydə alınıb.

Səsvermə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 15:00) başa çatacaq.

AzVision.az


Teqlər: Koreya   Seçki  





Xəbər lenti