Polis Messinin iranlı oxşarını saxlayıb

Polis Messinin iranlı oxşarını saxlayıb
  09 May 2017    Oxunub:1809
İran polisi “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin oxşarı kimi tanınan Rza Parasteşi saxlayıb.
Bu barədə AzVision.az "BBC"-yə istinadən xəbrə verir ki,hadisə Həmədan şəhərində baş verib.

25 yaşlı tələbə ilə şəkil çəkdirmək istəyənlərin sayı olduqca çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis Messinin oxşarını avtomobili ilə birgə şöbəyə gətirib.

Rza Parasteşi bir neçə ay bundan əvvəl “Barselona” formasındakı şəkilini İnternetdə yerləşdirdikdən sonra dünyada məşhurlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Messi  





Xəbər lenti