ALP Cəmil Həsənli üçün imza toplamır

ALP Cəmil Həsənli üçün imza toplamır
  31 Avqust 2013    Oxunub:1028
Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyası Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyasında kənarda qalıb.
Bu barədə ALP-nin sədri Əvəz Temirxan açıqlama verib. O bildirib ki, ALP Cəmil Həsənli üçün imza yığmır. Onun sözlərinə, ALP-nin imza kampaniyasından kənarda saxlanılmasına AXCP və Müsavat səbəb olub: “Bu iki partiyanın təşəbbüsü bizim partiya üzvlərini imza toplamaqdan kənarda saxladı.

Cəmil Həsənlinin namizədliyi qəbul ediləndən dərhal sonra partiya liderlərinin iştirakı ilə iclas oldu. Biz hardasa, 10-15 min imza toplamağa hazır idik. Çünki boykot etdiyimiz seçkiləri çıxsaq, digər bütün proseslərdə imzaların hamısını özümüz toplamışıq”.

Bununla belə, AXCP və Müsavat partiyalarının rəhbərliyi belə qərara gəlib ki, C.Həsənlinin imzalarını toplanmasını bu iki partiya öz üzərinə götürsün: “Qərarlaşdırdılar ki, başqa partiyaları narahat etməsinlər. Biz də razılaşdıq, uğurlar diləyirik”.

Ə.Temirxan bildirib ki, ALP üzvləri C.Həsənliyə imza toplama işində birbaşa iştirak etməsə də, yerlərdə AXCP və Müsavat fəallarına bələdçilik edirlər. (aznews.az)


Teqlər:  





Xəbər lenti