Turan İbrahimov: "İşimin başındayan"
Sözügedən məsələ ilə bağlı aparıcı unikal.org-a bildirib ki, onun işdən çıxarılması barədə yayılan məlumatlar əsassızdır. T.İbrahimov qeyd edib ki, hələ də sözügedən telekanalda fəaaliyyətini davam etdirir:
"Camaat verilişimin bağlanmasından narahat olduğu üçün belə bir kompaniya hazırlayıb. Bu sıravi insanların mənə qarşı sevgisini, inamını göstərir. Buradan həmin insanlara demək istəyirəm ki, narahat olmağa heç bir əsas yoxdur. İşimin başındayam və hər şey qaydasındadır”.
"Tamaşaçılar yaxın zamanda sizdən yeni layihə gözləyə bilərmi?" sualına isə aparıcı qısa zaman ərzində hər kəsin bunu görəcəyini və bu haqda ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.
Teqlər: #Turan-İbrahimov #ATV