Deputat parlamentdə uşaq əmizdirdi - FOTO

Deputat parlamentdə uşaq əmizdirdi - FOTO
  10 May 2017    Oxunub:7210
Avstraliyalı senator Larisa Uoters parlamentin iclasında gözlənilməz addım atıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, “Yaşıllar Partiyası”nın üzvü səsvermə zamanı ikiaylıq qızı Aliya Conu əmizdirərkən diqqət çəkib.

Avstraliya parlamenti qadın senatorlara azyaşlı övladlarını iclasa gətirmək, onları qidalandırmaq kimi əlavə üstünlüklər verib. Amma bu vaxta qədər heç bir qadın siyasətçi bu hüququndan istifadə etməmişdi.

Qeyd edək ki, oxşar hadisə Argentina parlamentində də baş vermişdi. 37 yaşlı deputat Viktoriya Donda Perez iclasa 8 aylıq qızı ilə birlikdə qatılıb, ona süd verərkən obyektivlərə tuş gəlmişdi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Avstraliya   Parlament   Senator  





Xəbər lenti