`AXCP və Müsavatın imkanları daha çoxdur`
Sədr müavini bildirib ki, imzatoplama kampaniyasında əsas təşəbbüs ona görə AXCP və Müsavat verilib ki, bu partiyaların yerli strukturları, ən əsası isə seçki təcrübəsi var.
`Çox ciddi bir məsələ olduğu üçün bu iki partiya məsuliyyəti öz üzərinə götürüb. Digər partiyalar da əgər imza toplamaq istəyirlərsə, buyursunlar. O biri partiayalar da yaxşı bilirlər ki, nəyə görə belədir`-deyə H.kərimov qeyd edib.
Qeyd edək ki, ALP-nin sədri Əvəz Temirxan mətbuata açıqlama verib ki, onların partiyası Cəmil Həsənli üçün imza yığmır. Onun sözlərinə, ALP-nin imza kampaniyasından kənarda saxlanılmasına AXCP və Müsavat səbəb olub.
Şahanə RƏHİMLİ