Küveytin Azərbaycandakı səfirliyindən
AzVision.az-a verilən məlumata görə, bu ölkənin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı görmə imkanları məhdud şəxslər üçün müyəssər formatlı nəşrlərin hazırlanması üçün Azərbaycan tərəfinə 220 min dollar məbləğində müasir tələblərə və beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli poliqrafiya avadanlıqları bağışlayıb.
Bununla əlaqədar, mayın 11-də avadanlığın verilməsi ilə bağlı tədbir keçiriləcək. Mərasimdə Azərbaycanın dövlət qurumlarının nümayəndələri də iştirak edəcək.
Eldar Tanrıverdiyev
AzVision.az